Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Qiymətləndirmə

8. Müsabiqə Komissiyasının üzvləri  və qiymətləndirmə qaydası
8.1. Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi Müsabiqə Komissiyası tərəfindən aparılır. Müsabiqə Komissiyası üzvləri 15 nəfərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılır.

8.2. Müsabiqə Komissiyası üzvləri  tanınmış internet ictimaiyyətinin nümayəndələri, mütəxəssislər, internet jurnalist və redaktorları, veb-masterlər və digər  internet peşəkarları arasından seçilməklə  formalaşdırılır.

8.3. Komissiya ayrı-ayrı kriterlərin qiymətləndirilməsi üzrə işçi qruplar formalaşdıra, müstəqil ekspertləri qiymətləndirmə prosesinə cəlb edə bilər. Müsabiqə Komissiyası üzvlərinin və ekspertlərin  şəxsi və ya professional əlaqədə olduqları saytların müsabiqədə iştirakına yol verilmir. Belə hallar müşahidə edilərsə, Təşkilat Komitəsinin qərarı ilə həmin saytlar yarışmadan çıxarılır və bu haqda məlumat müsabiqənin saytında  yerləşdirilir.
Qiymətləndirmə prosesində üzrsüz səbəbdən iştirak etməyən Müsabiqə Komissiyası üzvləri  AİF-in qərarı ilə üzvlükdən kənarlaşdırıla  bilər.
Komissiya üzvləri  qaliblərin müəyyən edilməsi ilə  bağlı qərarı təqdimat mərasiminədək açıqlamamalıdırlar.

8.4. Saytların seçilməsi və nominantların müəyyənləşdirilməsi
Müsabiqə Komissiyasının üzvlərinin hər birisi ayrılıqda   müxtəlif müsabiqə nominasiyaları üzrə təqdim olunan saytlara baxıb xüsusi qiymət kriterinə uyğun olaraq qiymətləndirməni həyata keçirirlər.  Səsvermə Müsabiqə Komissiyası tərəfindən iki mərhələdə həyata keçirilir.  Birinci mərhələdə səsvermə Müsabiqə Komissiyası üzvləri tərəfindən Qiymətləndirmə Meyarlarına yğun olaraq ümumi təəssüratlar və konkret hər bir  kriteriyə üzrə vəziyyətin ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Ən çox bal toplayan 5 sayt həmin nominasiya üzrə nominantlar siyahısına  daxil edilir. Birinci mərhələdə səslərin sayı bərabər olduğu halda bərabər səs toplayanların hər birisi nominant hesab olunur. İkinci mərhələdə Müsabiqə Komissiyası üzvləri konkret meyarlar üzrə nominantların xüsusi bal sistemi əsasında qiymətləndirilməsini həyata  keçirirlər. Hər bir Komissiya üzvünün qiymətləndirməsi yazılı olaraq əsaslandırılır (qiymətləndirmə ilə  bağlı qısa şərh yazılır). Ən çox bal  toplayan sayt bu nominasiyanın qalibi hesab edilir.
Bir komissiya üzvünün verdiyi səslərin digər komissiya üzvü tərəfindən görülməsinə imkan verilmir.  Səsvermə prosesi hər bir komissiya üzvü tərəfindən ayrılıqda elektron formada həyata keçirilir. 
Qaliblərin müəyyən edilməsi məqsədilə keçirilən səsvermə prosesinin  ikinci mərhələsində Müsabiqə Komissiyası üzvlərinin birgə toplantısı keçirilə bilər.
İkinci mərhələdə ballar bərabər olduqda yekun  qərar Komissiya üzvlərinin məsləhətləşməsi əsasında qəbul olunur. Hər bir Müsabiqə Komissiyası üzvünün verdiyi səslər  və onun əsaslandırılması  Təqdimat Mərasimindən sonra dərhal millinet.az saytında yerləşdirilir
Müsabiqənin yekunları haqqında məlumat İnternet və KİV vasitəsilə yayılır.