Milli İnternet Mükafatı | Milli Net

Milli İnternet Mükafatı - Milli Net

Milli Net

Qiymətləndirmə Meyarları

Saytın məzmunu ( kontent ) :

Saytın məzmunu dedikdə - mətn, foto, audio, video və digər formatlarda olan materiallar nəzərdə tutulur.
Məzmun ziyarətçinin diqqətini cəlb etməli və saytın təyinatına cavab verməlidir. Materiallar, aydınlıq, qısalıq və anlaşıqlılıq kimi xüsusiyyətlər gözlənilməklə, saytın auditoriyasına uyğun olmalıdır.

Əsas meyarlar saytın informasiya cəhətdən zəngin və əhəmiyyətli olmasıdır. Saytın zənginliyi dedikdə onun dolğun, faydalı/yararlı informasiyaya malik olması, əldə olan informasiyanın sayt bölmələrində düzgün yerləşdirilməsi və dövri yenilənməsi nəzərdə tutulur.

Bu Müsabiqə çərçivəsində məzmun araşdırması və qiymətləndirməsi zamanı əsasən aşağıdakılara diqqət yetirilir:
 


1. İnformasiyanın doğruluğu/etibarlılığı

- saytın məzmununa məsul qurum və ya şəxs(lər) haqqında məlumatın olması

- əlaqə vasitələri, poçt ünvanı, telefon nömrəsi, elektron poçt ünvanı, əks əlaqə və ya interaktiv əlaqə

- İnformasiya əldə edilməsi haqqında Qanuna uyğun olaraq, açıq hesab edilən məzmunun mövcudluğu


2. İnformasiyanın aktuallığı, unikallığı, dəqiqliyi və dolğunluğu
 

- informasiya mənbəyinin göstəricisinin olması, sitatların verilmə mənbəyinin göstərilməsi

- mətnlərin savadlı və düzgün tərtibi

- qrammatik və ya orfoqrafik səhvlərə yol verilibmi?

- məzmun oxucunu darıxdırırmı?

- elmi terminlərin tam açıqlaması

- strukturun dəqiqliyi, informasiya bölmələrinin sistemləşdirilməsi

- məzmun qısalığı prinsipi qorunmalıdır

- Məzmun saytın təyinatını ifadə edirmi?

- İstifadəçinin məzmun baxımından tələbini yetərincə ödəyirmi

- reklam materialların saytın informasiya məzmunundan (xüsusi işarə ilə) ayrılması

3. Saytın yenilənməsi

- saytın yaradılma və son dəfə yenilənmə tarixi
- materialların yenilənmə tezliyi və müntəzəm yenilənməsi

4. Çoxdillilik

- sayt çoxdillidirsə, saytın xarici dil versiyası milli dildə olan məzmunla eynilik təşkil etməsi

5. Saytın auditoriyası

- saytın gündəlik və ya aylıq ziyarətçilərin statistikasını əks etdirən məlumatlar

- saytın hədəf auditoriyası barədə məlumat verilməsi isə arzuolunandır.

7. Sosial mediaya inteqrasiya


8. Axtarış .İstifadəçilər axtardığını saytda tapa bilirmi? İstifadəçilər axtardığını
saytda tapa bilirmi?


Saytın dizaynı


Dizayn - saytın xarici görünüşünü səciyyələndirir. Sayt sadəcə olaraq gözəl ana səhifədən ibarət olmamalıdır, amma o heç də ultra müasir və ya super üslubda da olmaya bilər. Vizual (gözlə görünən) tərtibatın dəyərləndirilmə meyarları – yüksək keyfiyyət, nəzərdə tutulan auditoriyaya və məqsədə münasib və uyğun olmasıdır. Tərtibat sayta daxil olan ziyarətçiyə yaxşı təsir bağışlamalı, əgər belə demək mümkündürsə, onu özünə cəlb etməlidir.

Saytın dizaynı qiymətləndirilərkən aşağıdakılara diqqət yetirilir :

1. Rəng, şrift və qrafika vahid üslubda olmalıdır. Saytın başqa bir bölməsinə keçdikdə, ziyarətçi başqa sayta deyil, məhz eyni üslubda olan digər bir səhifəyə keçdiyini hiss etməlidir . Bütün səhifələrin eyni üslubda olmasına diqqət yetirilməlidir.

2. Qrafika saytda olan məlumatları qəbul etməyə (dərk etməyə) mane olmamalıdır.

3. Monitorun ölçüsü 1024x800 olduqda istifadəçilər üçün üçün saytdan istifadə etmək rahat olmalıdır. Kiçik ölçülər üçün (resolution) alternativ dizayn hazırlanması vacibdir.

4. Sayt bütün platforma və brauzerlərdə işləməli ve eyni şəkildə göstərilməlidir.

5. Saytda istifadə edilən şəkillər keyfiyyət itkisinə yol verilmədən maksimum sıxılmalıdır.

6. Hər bir kompüterdə olan standart şriftlərdən istifadə edilməlidir, geyri standart olan şriftlər isə şəkil formatında istifadə olmalıdır.

7. Javascript menyüdan istifadə nəzərdə tutulursa, o zaman əsas olan keçidlər sayt hər hansı bir yerində əlavə olaraq təkrarlanmalıdır. Adətən bu məqsədlə saytın aşağı hissəsində yer təyin olunur.

8. İnformasiya əldə etmək maksimum asan və rahat olmalıdır. Lazım olan məlumatı tapmaq üçün istifadəçi çox saylı klikləmə etməməlidir. Saytın dizaynı onun mətni ilə uyğun olmalıdır.

9. Dizayn edərkən menyu elementlərindən biri seçilmiş formada olmalıdır ki, ziyarətçi saytın hansı səhifəsini və ya bölməsini oxuduğunu bilsin.

10. Saytda və xüsusən mətnlərdə olan bütün keçidlər üçün hover-in (maus ustunə gəldiyi zaman ya formasını, ya rəngini dəyişilir, ya da alt xətt ilə işarə edilir) prinsipindən istifadə olunmalıdır. Səhifənin maketi balanslaşdırılmalı və o məlumatları ilə çox yüklənməməlidir.

11. PSD faylarda bütün layer-lər qovluqlar üzrə tərtib olunması arzuolunandır.

12. Səhifələr söndürülmüş javascript-ka eyni cür görünüşə malik olmalıdır

13. İstifadəçi aktiv olan menyu bəndlərinə baxarkən, həmin bənd keçid kimi olmamalıdır.

14. Formanın düymələri keçid olaraq yox , məhz düymə şəkilində olmalıdır,

15. Səhifələmədə ( verstkada) müasir “blok” tipindən istifadə olunmalıdır.

16. Saytda audio( musiqi) səslənməsinin dayandırılması imkanı olmalıdır

17. Müəllif hüquqları və əks əlaqə imkanları haqqında informasiyaya daxil olunmalıdır.

Saytın funksionallığı

Bu istiqamət saytın texniki-texnoloji tərəfini səciyyələndirir. Yaxşı funksionallıq saytın tez yüklənməsi, onun bütün istinadlarının “canlı” olması, texnologiyanın yerində tətbiq edilməsi və nəzərdə tutulan auditoriyaya cavab verməsi deməkdir.
Sayt platforma və brauzerin tipindən asılı olmamalıdır. Lazım olduqda saytın müstəqil şəkildə alternativ səhifələrə keçid almasını təmin edəcək məsələnin həll edilməsi mümkündür.
Yaxşı funksionallıq – gözə çarpmayan texnologiyadır.

Saytın funksionallığı qiymətləndirilərkən əsasən aşağıdakılara diqqət yetirilir :


- naviqasiyanın sadəliyi və ümumi menyunun, saytın xəritəsinin, axtarışın mövcud olması
- istifadəçi ilə qarşılıqlı əlaqənin interaktiv formalarının mövcud olması (məlumat xidməti, daxil olma hesabı)
- saytın resurslarına daxil olma sürəti
- müxtəlif brauzerlərdə saytın dəqiq əks olunması
- saytın yüklənmə sürəti;
- səhv predmeti üzrə saytın funksional işinin təhlili;
- səhifələrin dubl olunma predmeti üzrə saytın təhlili;
- saytda təhlükəsizlik tədbirlərinin təhlili;
- axtarışlarda saytın mövqeyinin təhlili;


Yükləmə müddəti/vaxtı :

- Səhifənin yüklənməsi müddəti özünü doğruldurmu?
- Əgər Flash intro varsa, başlığın buraxılması funksiyası nəzərdə tutulubmu?
- Flash saytın HTML versiyası varmı?
 

Məlumat bazasına daxil olan sorğunun yerinə yetirilməsi müddətinin minimuma endirilməsi

Struktura və naviqasiya (hərəkət) funksiyaları.

Struktura və naviqasiya funksiyaları saytda informasiyanın təşkilini və onun bölmələri arasında yerini dəyişməsi imkanını xarakterizə edir .
Yaxşı struktura və naviqasiya saytın səmərəliliyi və mütəşəkkilliyi deməkdir.
Onlar istifadəçiyə təqdim olunan informasiyanın xəyali modelini formalaşdırmağa, lazım olan informasiyanın harada olduğunu, nə kimi gözləntilərin olmasını müəyyənləşdirməyə imkan verir.
Yaxşı naviqasiya imkanları lazım olan yerə daha tez çatmağa və asanlıqla saytın məzmununu eninə-boyuna əhatə etməyə imkan yaradır.


Əsas diqqət yetirilən məqamlar :

* Naviqasiya bütün səhifələrdə eyni yerdə yerləşirmi?
* Bütün istinadlar düzgünmü işləyirmi?
* Onların hara yönləndiyi aydındırmı?
* Naviqasiyadan istifadə etmək sadədirmi?
* Hər səhifənin təyinatı aydındırmı? Lüzumsuz olanlar yoxdur ki?
* Naviqasiyada əks əlaqə istinadı varmı?
* Naviqasiya əvvəlki səviyyə altına qayıtmağa imkan verirmi?
* Saytın ardıcıl bağlı olan səhifələri və bölmələri arasında məlum vasitə varmı?

* Rahat istifadə olunma imkanı (yuzebiliti)

Sosial media resurslarının qiymətləndirilməsi üçün meyarlar :


1. İzləyici sayı (like & follow)
2. ER (engagement rate) - səhifənin neçə faizi və ya neçə nəfər aktivlik göstərir (son ayda, son 3 ayda və son ildə).
3. Suallara sürətli cavab verilmə (şərhlərdə).
4. Məzmunun keyfiyyəti. Auditoriyaya uyğun mətn yazılışı (kopiraytinq), müəyyən simvol limitinə nəzər yetirilməsi. Foto, dizayn və videonun keyfiyyəti.
5. Məzmun marketinqi planlaması. Postlarda müştərilərə düzgün saatlarda  və rahat şəkildə informasiya verilməsi və post planlaması (gündə neçə dəfə, həftədə neçə post və s.)
6. Səhifənin informativ hazırlanması (info səhifəsində ünvan, xəritə, əlaqə məlumatları və ümumi informasiyanın dolğun təqdim olunması)
7. Müştərilərin rahatlığı üçün təqdim edilən əlavə proqram tərtibatı (məsələn, ATM xəritəsi, filial xəritəsi, xidmətlər toplusu və s.)

YouTube üçün:

1. Abunəçi sayı
2. Videolarda çəkiliş və səsin keyfiyyəti
3. Videoların təsvirində ( description) düzgün planlanmış mətnin yerləşdirilməsi
4. Videolarda tərcümələrin (CC - subtitle) olması üstünlük sayılsın
5. Postlara gələn baxış, like və unlike
6. Və s.

Qeyd :
Ən yaxşı Mobil tətbiqlər və Sosial media resursları ekspertlərin qiymətləndirməsi əsasında müəyyən olunur