Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Media və İnformasiya

agroexpert.az

http://www.agroexpert.az

Saytın əsası 2017-ci ildə qoyulsada, 2018-ci ilin iyul-avqust aylarından istifadəyə verilmişdir. Sayt, kənd təsərrüfatı portalı olaraq, əsasan fermerlər üçün aktual məqalələr və ancaq lazımi xəbərləri dərc edir. Qısa vaxtda sayt fermerlərin əsas səhifəsi ola bilib. Bu da daim dərc olunan biznes plan, xəstəliklər, faydalı məsləhətlərin nəticəsidir. 3-4 aylıq publikasiyadan sonra saytın günlük ziyarətçi sayı 2000 unikal fərddən aşağı düşmür, Fecebook səhifəsinin izləyicisi 6500

İqtisadiyyat.az

http://iqtisadiyyat.az/

“İqtisadiyyat.Az” xəbər agentliyi 2018-ci ilin noyabr ayının 1-dən fəaliyyətə başlayıb. Qısa müddət ərzində ölkədə öz auditoriyasını yığan, müstəqil media qurumu kimi tanınan “İqtisadiyyat.Az” saytında Azərbaycanın və dünyanın iqtisadi arenasında baş verən ən mühüm xəbərlər oxuculara operativ, obyektiv və qərəzsiz şəkildə çatdırılır. Hazırda “İqtisadiyyat.Az” kollektivi maliyyə, banklarla yanaşı, avtomobil, əmlak, turizm, İKT, sənaye, nəqliyyat sahələrini ahəta edir.

Press.az

http://press.az

Dövlət qurumlarının rəsmi məlumatlarını özəl olaraq dərc edən "Press.az" informasiya agentliyi, həmçinin gündəlik baş verən hadisələri bir çox hallarda özəl olaraq oxuyucularına çatdırır. Əlavə olaraq Press.az informasiya agentliyi başlığı şişirdilmiş xəbərlərə, dezinformasiyalara və rekert jurnalistikaya tam olaraq qarşıdır. Agentlikdə dərc edilən bütün xəbərə tam ciddi nəzarət edilir.

WorldMedia.Az

http://worldmedia.az

Sayt 3 il əvvəl Azərbaycan haqda xarici mətbuatda yer almış məqalə və reportajların Ana dilinə tərcümə edilərək, ölkənin informasiya məkanında yayılması məqsədilə yaradılıb. 3 ildə 10-dək dildə 70-dək ölkəyə aid yüzlərlə media orqanının monitorinqini aparmış, Azərbaycana aid yüzlərlə məqaləni Ana dilinə tərcümə edərək oxuculara çatdırmışıq. 3 illik fəaliyyətimizə gösə ilk mükafatımızı sizdən alacağımıza çox ümid edirik.

SportLine.az - Ən son idman xəbərləri

http://sportline.az/home

11 noyabr 2015-ci ildən fəaliyyət göstərən SportLine.az saytında oxuculara idman xəbərləri təqdim olunur. Saytda təqdim edilən məzmunlarda multimedia elementlərinin istifadəsi məsələsinə xüsusi diqqət yetirilir.