Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Ən yaxşı Youtube kanalı

Pro bilgi

https://www.youtube.com/channel/UChOzsC1TgAcM85LK6c4Gm7A

Youtube də paylaşmaq üçün videolar hazırlayıram. Çalışıram ki, izləyicilər üçün maraqlı olsun. Gündəm, dünya ,tanınmış şəxslərlə bağlı videolar hazırlayıram. Məqsədim daha maraqlı videolar hazırlamaq və youtube u Azərbaycanda inkişaf etdirməkdir.

FAKTOR-AZ

https://www.youtube.com/channel/UCEZQjSfN0fSbTti7ibLdaIQ/about?disable_polymer=true

Kanal "Faktor Azərbaycan" MMC-nin tərkibindədir. Qurumun məqsədi fiziki qüsurlu, sığınacaqlarda məskunlaşan, yaşa görə kimsəsiz uşaqlar evini tərk edən istedadlı şəxsləri işlə, maaşla təminatı, onlara jurnalistikaya aid montaj, SMM, videoqrafika, animasiya, fotoqrafika, dizayn, proqram tərtibatı, müxbirlik, tərcüməçilik, korrektə, redaktə kimi sahələri öyrətməkdir. Kanalın əsas heyəti də bu şəxlərdən ibarətdir. 7 ay içində 81 mindən çox abunə toplayıb.

Sağlamlıq axtarışında Tahirə ilə

https://www.youtube.com/channel/UCZ7RKBOR8cRAuEmu8a3mDMQ/about

Sağlamlıq axtarışında Tahirə ilə yutub kanalı şəxsi kanaldır və istehlakçıları saxta məhsullarla, təsdiqlənmiş alternativ tibblə bağlı məlumatlandırır. Kanalın abunə sayı 41 minə çatır. Demək olar ki, bütün videolar yüksək rəğbətlə qarşılanır.

Demədi Demə

https://www.youtube.com/channel/UCGV5OTpLL86QwseXYuY4xjA/featured

"Demədi Demə" Youtube kanalı Azərbaycanda ən çox abunə sayı olan maarifləndirici kanaldır. Kanal 2016-cı ildə yaradılıb. İki il ərzində 256 000 abunə toplayıb. Kanalda sağlamlıq, texnologiya, təhsil, maraqlı faktlar və s. mövzular öz əksini tapır. Kanala hər gün yeni bir faydalı video yüklənir. Əsas məqsənd insanlara faydalı olmaqdır.

Əmlak Məsələləri Dövlət Komitəsi

https://www.youtube.com/channel/UCjPuht8O6kZgQTsI8dLRDcQ/videos

Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi youtube kanalında komitənin fəaliyyət istiqamətləri üzrə videolar yerləşdirilir. Mütəmadi olaraq səhifə yenilənir.