Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

10.12.2014

Milli İnternet Mükafatının Nominantları seçilib

 Milli İnternet Mükafatı - Milli Net 2014 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.  

Müsabiqəyə 14 Nominasiya üzrə 322 sayt təqdim edilmişdi. Onlardan  yalnız Qaydalara uyğun olan 272 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
AİF tərəfindən, Dizayn, Məzmun və Texniki-texnoloji istiqamətlər üzrə formalaşdırılan 15 nəfərlik Müsabiqə Komissiyası  1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə 272 sayt arasından ən yaxşılar olan  75 sayt Nominant statusu alıb. Bu saytlar 2-ci mərhələdə mübarizəni davam etdirəcəklər.

Səsvermənin 2-ci mərhələsi 10 dekabr tarixdə başlayacaq və  17 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə Münsiflər saytları  mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar
Müsabiqə Komissiyası 19 dekabr tarixədək  Nominantlar arasından hər nominasiya üzrə qalib saytları  müəyyən edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  19 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Geniş məlumat : www.millinet.az

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az