Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

19.12.2014

Milli İnternet Mükafatı - Milli Net 2014 qaliblərinin təqdimat mərasimi keçirilib

Bu gün -19  dekabr  tarixdə Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı - Milli Net 2014  qaliblərinin təqdimetmə mərasimi keçirilib.

Təqdimat mərasimində artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.

Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək artıq 6-cı il keçirilən Milli Net 2014 haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.

Milli Net-ə 14 Nominasiya üzrə 322 sayt təqdim olunduğunu və onlardan yalnız 272 saytın yarışmaya buraxıldığını bildirib.

Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyəti 2-ci səsvermə prosesində 78 Nominant arasından ən yaxşılarının seçildiyini bildirib.

Bu il ilk dəfə olaq Mobil tətbiqlər və Qarabağla bağlı saytlar  Nominasiyalarının daxil edildiyini diqqətə çatdırıb.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  nazirliyi, Azercell,  Delta Telekom və BestComp şirkətlərinə minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin və bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O,  gələcəkdə də İnternetin inkişafı  istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib. Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  əhəmiyyət  daşıdığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə Milli Net-in əsas mükafatlarından və Diplomlardan əlavə, BestComp şirkətlərinin qiymətli hədiyyələri də  təqdim olunub.

Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Milli Net-in Baş sponsoru Azercell şirkətidir.
Milli Net-ə  RYTN ,  DeltaTelecom və BestComp şirkətləri dəstək veriblər.

Təqdimat mərasimindən hazırlanan geniş  foto-materiallar : https://www.facebook.com/media/set/?set=a.819940544712050.1073741829.299129120126531&type=1

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az
012 492 44 44

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az