Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

02.12.2015

Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.  

Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 374 sayt təqdim edilmişdi. Onlardan  yalnız Qaydalara uyğun olan 299 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ötən il isə müsabiqəyə 272 sayt qəbul edilmişdi.
Təqdim olunan 299 saytın qiymətləndiriıməsində 15 nəfərlik Münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib. Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə ekspertlər iştirak edib.

Səsvermənin 1-ci mərhələsinin yekununda 14 Nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan  97 sayt Nominant statusu alıb. Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.

Səsvermənin 2-ci mərhələsi 03 dekabr tarixdə başlayacaq və  13 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticə\sindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  17 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 14 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Qaliblərə həmçinin BestComp şirkəti və Aromania.az -ın hədiyyələri təqdim olunacaq.


Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
Delta Telecom və BestCom şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Geniş məlumat : www.millinet.az  

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az