Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

31.10.2017

MilliNet2017-də internet resursların qeydiyyatı davam edir

Milli Net TK bildirir ki Milli Internet Mükafatı Müsabiqəsinə internet resursların qeydiyyatı davam edir.

Bugünə olan statistikaya görə müsabiqəyə 151 internet resurs təqdim edilib və onlardan 103 resurs müsabiqəyə qebul edilib.


Bu il müsabiqə 20 Nominasiya üzrə keçirilir. İlk dəfə olaq Mobil tətbiqlər və Sosial media resursları ayr-ayrı Nominasiyalar üzrə müsabiqəyə qəbul edilir.
İndiyədək ən çox resurslar Elektron ticarət, Korporativcsaytlar, Media və İnformasiya, Köməkçi mobil tətbiqlər və Ən yaxşı facebook səhifəsi Nominasiyaları üzrə təqdim edilib.

Müsabiqəyə qeydiyyatın başa çatmasına 20 gün qalb və 20 noyabr tarixdə qeydiyyat başa çatacaq. 
Saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını ( facebook səhifəsi , youtube kanalı və instagram hesabı) müsabiqəyə təqdim etmək istəyənlər bu tarixədək millinet.az resursunda qeydiyyatdan keçməlidirlər.
Bu müddət bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.

Milli Net TK bildirir ki, artıq Müsabiqənin ekspertlərdən və peşəkarlardan ibarət Münsiflər Komissiyasının formalaşması da başa çatıb . Bu il saytların, mobil tətbiqlərin və sosial media resurslarının qiymətləndirilməsini toplam olaraq 23 münsif həyata keçirəcək.

Müsabiqə Qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçiriləcək. 
1-ci mərhələ səsvermə prosesi 21 Noyabr tarixdə başlanacaq və noyabrın sonunadək davam edəcək. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir Nominasiya üzrə Nominantlar müəyyən olunacaq. 
Bu Nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi 15 dekabr tarixədək davam edəcək. Münsiflərin verdikləri qiymətlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı MilliNet-in ənənəvi Yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli İnternet mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.
MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.
Müsabiqəyə LENOVOBestCompNOVANEURON və Yello şirkətləri də dəstək verirlər. 

MilliNet TK
31.10.2017

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az