Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

18.12.2009

Milli Net -2009 Müsabiqəsinin qaliblərinin adları açıqlandı

Bu gün Ambassodor otelində Milli İnternet Mükafatlarının təqdimetmə mərasimi keçirilib.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Müsabiqənin məram və məqsədləri , görülmüş işlər haqqında məlumat verib.
O müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini bildirib və ümumən nəticələrdən razı qaldığını qeyd edib. Müsabiqəyə dəstək
verən qurumlara minnətdarlığını bildirib.

Sonra AMEA –nın müxbir üzvü , İTİ-nin direktoru Rasim Əliquliyev çıxış edib. O, ölkədə İKT sahəsinin inkişafına toxunub və bu kontekstə müsabiqənin  AzNet –in inkişafında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Təşkilatçılar tərəfindən xeyli iş görüldüyünü qeyd edərək  onların əməklərini yüksək qiymətləndirdi.

Milli Net 2009 Müsabiqəsinə bu il Azercell , Delte Telekom və HP şirkətləri dəstək veriblər. Təqdimat mərasimində Azercell şirkətinin media  sektorunun rəhbəri Fəxri Abbasov çıxış edərək bu kimi tədbirlərə dəstək verəcəklərini bildirib və bunun ölkədə İKT  sahəsinin inkişafında mühüm rol oynayacağını qeyd edib

Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib.
Mükafatların təqdim edilməsində  AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Z. Əliyeva adına məktəbin İKT üzrə direktor müavini Aygün Əzizova, Prezident Yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının sektor müdiri Əli Kərim, professor Qulu Məhərrəmli, Sahil-İT şirkətinin direktoru Vahid Qasımov, ekspert Emin Hüseynov, Azercell şirkətinin nümayəndəsi Fəxri Abbasov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, AİF prezidenti Osman Gündüz iştirak edib.

Təqdimat mərasimində çıxış edənlər Müsabiqənin  AzNet in inkişafda ciddi  əhəmiyyət  daşıdığını və bu kimi tədbirlərin davamlı olmasını arzuladıqları bildiriblər.

Təqdimat mərasimi gözəl musiqi nömrələri və furşetlə başa çatıb.

Təqdimat mərasimində dövlət və özəl sektorun , ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib

Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.

Təqdimat mərasiminin gedişi İnternetdə birbaşa yayımlanıb.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək veriblər.
Daha geniş məlumat və Təqdimat mərasimindən hazırlanan foto-reportajlar  millinet.az da yerləşdiriləcək.

Milli Net
Təşkilat Komitəsi

Milli Net 2009 -un QALİBLƏRİ

Korporativ

 http://www.mazda.az                  qalib
 http://www.azmuhasib.com         2-ci yer
 http://www.qaradag-and.az        3-cü yer
 http://www.duetdizayn.com        nominant
 http://www.ottoman.az               nominant


Qeyri-kommersiya

http://www.adam.az                             qalib
http://www.karabakhblog.com             2-ci yer
http://www.ireli.az                               3-cü yer
http://www.azpenalreform.az               nominant
http://azhumanrights.az                        nominant
http://www.baku-icc-2009.az              nominant
 

Media

http://www.azadliq.az    qalib
http://www.resurs.az    2-ci yer
http://www.itv.az         3-cü yer
http://Mediaforum.az    nominant
http://www.gun.az       nominant
http://xulase.com          nominant

    
Mədəniyyət ,incəsənət, tarix və turizm

http://azerbaijan.az                   qalib
http://www.lit.az                       2-ci yer
http://www.borchali.net            3-cü yer
http://eeeeh.net                         nominant
http://www.azeriart.net/             nominant
http://www.cafarcabbarli.org/    nominant


Ailə, uşaq və sağlamlıq

http://www.evlenirik.biz          qalib
http://www.childhelpline.az     2-ci yer
http://qadinklubu.az                3-cü yer
http://diabet.az/                      nominant
http://orthodontics.az             nominant
http://www.med.az                nominant
http://www.xeyriyye.az          nominant


İdman

http://qol.az                                  qalib
http://www.qarabagh.com            2-ci yer
http://www.futbolpress.az            3-cü yer
http://www.firtina.az                    nominant
http://www.ultrasport.az/             nominant



Fərdi saytlar və bloqlar

http://www.jurnalistler.com                    qalib
http://blog.stomatoloq.az/                       2-ci yer
http://azerigenocide.wordpress.com/      3-cü yer
http://velvele.wordpress.com/                 nominant
http://thecountdownaz.wordpress.com    nominant


Xidmət(Servis)

http://www.avtomobil.az         qalib
http://www.evim.az                 2-ci yer
http://www.geek.az                 3-cü yer
http://qwerty.az                      nominant
http://www.kariyeram.com     nominant
http://www.proqres.com        nominant


Elm və təhsil

http://bsu.edu.az                         qalib
http://www.azadfikir.org             2-ci yer
http://telebe.az                            3-cü yer
http://www.xaricidil.net              nominant
http://xaricdetehsil.internet.az      nominant
http://www.admo.org.az            nominant

Dövlət və bələdiyyə

http://www.taxes.gov.az        qalib
http://www.dyp.gov.az        2-ci yer
http://www.mct.gov.az        3-cü yer
http://csc.gov.az                   nominant
http://www.tovuz-ih.gov.az    nominant


Əyləncə

http://milyarder.oyunlar.az    qalib
http://www.azeri.net          2-ci yer
http://www.park.az           3-cü yer
http://www.birge.az          nominant
http://www.pearl.az/         nominant
http://toget.az                    nominant

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az