Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

25.08.2009

Milli Net Təşkilat Komitəsinin Məlumatı

25.08.2009-cu il tarixdə Milli İnternet Mükafatı Müsabiqəsinin Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Milli Net –in saytının hazırlıq işlərinin yekunlaşdırılması, Mükafatın Prizinin hazırlanması, Sponsorlar və reklam məsələləri ətrafında müzakirələr aparılıb.

Müzakirələrin yekunu olaraq qısa müddətdə millinet.az da Qeydiyyat Sisteminin və dizayn məsələlərinin yekunlaşdırılması və bütövlükdə saytın test rejimində fəaliyyətinin təmin edilməsi məqsədəuyğun hesab edilib.

Sponsorlarların konkretləşdirilməsi  və Prizin hazırlanması ilə bağlı  aparılan işlərin canlandırılması  qərara alınıb.

Sentyabrın sonunda Milli Net -ə start verilməsi nəzərdə tutulub

Milli Net
Təşkilat Komitəsi

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az