Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

02.06.2010

Azərbaycan İnternet Forumunun Məlumatı

Azərbaycan İnternet Forumunun növbəti toplantısı keçirilib.

Toplantıda Milli Net –Milli İnternet Mükafatının Əsasnaməsinə edilən dəyişikliklər, AİF tərəfindən RİTN və  Delta-Telekom şirkətinə göndərilən  sorğulara verilən  cavablar, Google şirkətinə məxsus resurslarda Azərbaycanla  bağlı qeydi-dəqiq informasiyaların yayılması haqqında  məsələlər müzakirə edilib.

Toplantıda Milli İnternet Mükafatı ilə  bağlı Müsabiqənin keçirilməsi Qaydalarında  dəyişikliklər  və əlavələr müzakirə edilərək qəbul edilib.

Müsabiqənin daha ədalətli  və şəffaf  keçirilməsi məqsədilə Münsiflər tərəfindən qiymətləndirmənin yazılı olaraq əsaslandırılması,  müsabiqədə qalib gələn resursun növbəti  3 il ərzində müsabiqədə iştirakına icazə verilməməsi, müsabiqə qaydalarını pozanlara qarşı tədbirlərin sərtləşdirilməsi, Nominasiyaların yeni prinsip əsasında müəyyən edilməsi  haqqında əsasnamədə dəyişikliklər edilib.

Eyni zamanda Müsabiqənin daha uğurlu yekunlaşdırılması məqsədilə Təşkilat Komitəsi tərəfindən bir  sıra zəruri tədbirlərin görülməsi  məqsədəuyğun hesab edilib


Əsasnamənin yeni  mətninin MilliNet.az saytında  yerləşdirilməsi tövsiyə olunub. 

AİF
Tel :    492-44-44
Veb:   www.aif.az
E-mail: [email protected]

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az