Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

29.11.2010

Milli Net -2010 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli Net Təşkilat Komitəsi bildirir ki, 04 dekabr tarixdə saat 15-də Ambassodor Otelində
Milli Net -2010 qaliblərinin mükafatlandırılmasına həsr olunan Təqdimat mərasimi keçiriləcək.

01 oktyabr 2010-cu il tarixdə başlanan Milli İnternet Mükafatı uğrunda  Müsabiqəyə 04 dekabrda yekun vurulacaq  və 14 Nominasiya üzrə qaliblərin adları açıqlanacaq.
 Hər bir  Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının - tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Eyni zamanda Nominantlara Müsabiqənin Diplomlarının verilməsi nəzərdə tutulub.

Hazırda 14 Nominasiya üzrə 74 Nominant arasında keçirilən səsvermənin 2-ci mərhələsi davam edir. Səsvermə  02 dekabr tarixdə başa  çatacaq.

Təqdimat mərasimində İnternet ictimaiyyətinin nümayəndələrinin, dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Təqdimat mərasiminin İnternetdə birbaşa yayımlanması nəzərdə tutulub.

Milli Net-2010 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
 www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az