Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Qaydalar

  1. İstənilən hüquqi və ya fiziki şəxs Azərbaycan İnternet Forumunun təsis etdiyi Milli Net - Milli İnternet Mükafatını almaq üçün öz saytını və ya Layihəsini Milli Net müsabiqəsinə təqdim edə bilər.
  2. Qanuna zidd məlumatlar yerləşdirilən, milli əxlaq və ənənələrə uyğun olmayan saytlar müsabiqəyə buraxılmır.
  3. Müsabiqədə ancaq Azərbaycan dili versiyası olan saytların iştirakına icazə verilir. Yalnız Azərbaycanı xaricdə tanıtmaq və təbliğ etmək məqsədilə yaradılan saytların xarici dildə olması məqbul hesab olunur.
  4. Qeydiyyatdan imtina ilə bağlı əsaslar aradan qaldırıldıqdan sonra saytlar yenidən qeydiyyatdan keçə bilər.
  5. Müsabiqənin təşkilati işlərini AİF tərəfindən formalaşdırılan Təşkilat Komitəsi həyata keçirir.
  6. Müsabiqədə iştirakla bağlı müraciətlər ancaq tərtib olunmuş «anket-forma» əsasında qeydiyyatdan keçdikdə qəbul edilir.
  7. Saytın və ya layihənin müsabiqəyə buraxılması Təşkilat Komitəsi tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir.
  8. Saytın müsabiqəyə buraxılması və ya imtina edilməsi (səbəblər göstərilməklə) haqqında məlumatlar elektron formada müraciət edənlərə göndərilir.
  9. Müsabiqəyə təqdim edilmiş saytların qiymətləndirmə prosesi AİF tərəfindən qəbul edilən Qiymətləndirmə Meyarlarına uyğun olaraq Müsabiqə Komissiyası tərəfindən aparılır.
    Müsabiqə Komissiyası üzvləri 15 nəfərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılır.
  10. Müsabiqə Komissiyası üzvlərinə aidiyyatı olan saytlar müsabiqəyə buraxılmır.
  11. İnternet istifadəçiləri səsvermə prosesində iştirak etmirlər. İstifadəçilər ancaq qeydiyyatdan keçən saytlara şərh yaza bilərlər.
  12. Müsabiqə Komissiyası saytları aşağıdakı istiqamətlər üzrə qiymətləndirirlər :
    • Məzmun (informasiya tutumu)
    • Dizayn (vizual görünüş)
    • Funksionallıq (naviqasiya funksiyaları)

İştirak Qaydalarının tam mətni və Meyarlar aşağıda verilib:

1. Müsabiqənin Qaydaları

2. Müsabiqənin Qiymətləndrimə Meyarları